Rusiya Krım körpüsünü belə bərpa edir - Video

14:46 - 20 Oktyabr 2022

Rusiya Krım körpüsünü belə bərpa edir - Video

Oktyabrın 8-də baş verən partlayış nəticəsində bir hissəsi dağılan Krım körpüsünün təmirinin dekabrın sonuna kimi başa çatdırılması planlaşdırılır.

 

Manset.az xəbər verir ki, Rusiya Dövlət Dumasının vitse-spikeri Marat Xusnullin deyib.

Onun sözlərinə görə, hazırda çəkisi 40 tona qədər olan maşınlar körpüdən keçə bilir.

“İnsanlar hərbi vəziyyətdəki kimi işləyirlər. Dekabrın sonuna kimi partladılan hissənin tamamilə bərpa olunmasını planlaşdırırıq. Başlıca maneəmiz fırtına ola bilər”, - Xusnullin bildirib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin