Rusiya kömürünü endirimlə ixrac edir - Andrey Belousov

15:38 - 20 Oktyabr 2022

Rusiya kömürünü endirimlə ixrac edir - Andrey Belousov

Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov paytaxt Moskvada keçirilən “Made in Russia” adlı tədbirdə çıxışında Rusiya kömür sənayesindəki çətinliklərlə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belousov Rusiya kömür istehsalçılarının 50-60 faiz endirimlə ixrac etmək məcburiyyətində olduqlarını, lakin yenə də qazanc əldə etdiklərini bildirib.

Rusiyanın ucuz enerji qaynaqları sayəsində böhranları sakit şəkildə aşdığını ifadə edən Belousov, “Kömür ixracatında yüzdə 50-60 endirim tətbiq edirik. Şirkətlərimiz kömürü bazar qiymətinin təxminən yarısına satmağa məcburdur. Amma yenə də qazanc əldə edirlər” - deyib.

Gübrə ixracatçılarının da oxşar vəziyyətlə üzləşdiyini bəyan edən Belousov, “Məlum olduğu kimi, neftin barrelinə 20-30 dollar arası endirim tətbiq edilir” – deyə, əlavə edib.

 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin