Rusiya qırıcısı Britaniya təyyarəsinə raket zərbəsi endirdi

17:10 - 20 Oktyabr 2022

Rusiya qırıcısı Britaniya təyyarəsinə raket zərbəsi endirdi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles sentyabrın 29-da Rusiya təyyarəsinin Qara dəniz üzərində beynəlxalq hava məkanında patrulluq edən Britaniya təyyarəsi yaxınlığında raket buraxdığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sentyabrın 29-da baş verən bu hadisədən sonra Böyük Britaniyanın patrul işlərini dayandırdığını və narahatlığını Rusiyanın müdafiə naziri Sergey Şoyquya çatdırdığını bildirən Uolles, Rusiyanın bunun “texniki nasazlıq” olduğunu bəyan etdiyini bildirib.

Uolles, İngiltərənin daha sonra patrul xidmətlərinə yenidən başladığını, insidenti "potensial təhlükəli" olaraq xarakterizə etdiyini, lakin bunun "qəsdən eskalasiya" olaraq görülmədiyini söyləyib:

"Bizim təhlilimiz bunun texniki nasazlıq olduğu ilə üst-üstə düşür”.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin