Azərbaycanın Fransadakı səfirliyinə basqın edən erməninin məhkəməsinin vaxtı məlum oldu - FOTO

20:13 - 21 Oktyabr 2022

Azərbaycanın Fransadakı səfirliyinə basqın edən erməninin məhkəməsinin vaxtı məlum oldu - FOTO

Ötən ay Azərbaycanın Parisdəki səfirliyinə hücum edən radikal erməni qruplaşmasının üzvü Loris Tufanyanın məhkəmə prosesinin vaxtı bəlli olub.

 

Manset.az xəbər verir ki, bu barədə “Charjoum” erməni hərəkatı öz “İnstagram” səhifəsində məlumat verib.

Bildirilib ki, Loris Tufanyanın məhkəməsi iyunun 23-də baş tutacaq.

Qeyd edək ki, ötən ay radikal erməni qruplaşmasının üzvü Loris Tufanyan Azərbaycanın Parisdəki səfirliyinə hücum edib. O, bununla bağlı iki fakt üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Səfirliyin binasına zorla daxil olmağa cəhd etmək və səfirlik əməkdaşının həyatını riskə atmaq maddələri üzrə ittiham edilib.

 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin