Almaniyadan Azərbaycana 20 nəfər qaytarıldı

14:49 - 16 Dekabr 2022

Almaniyadan Azərbaycana 20 nəfər qaytarıldı

Ötən gün Almaniyadan Azərbaycana 20 nəfər geri qaytarılıb.

 

Bu barədə Manset.az-a Dövlət Miqrasiya xidmətindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 15 dekabrda 20 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Almaniyadan Bakıya xüsusi çarter reysi ilə 146 Azərbaycan vətəndaşının deportasiya edildiyi yayılıb. Onların Almaniyada qanunsuz yaşayan, qaçqın statusu almaq üçün müraciət edən və rədd cavabı alan şəxslər olduğu bildirilmişdi.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin