“Şuşa Bəyannaməsi əməkdaşlığımızın qarantıdır” - Türkiyə Prezidenti

15:17 - 17 İyun 2021

“Şuşa Bəyannaməsi əməkdaşlığımızın qarantıdır” - Türkiyə Prezidenti

“Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə erməni işğalından azad edilən və Azərbaycanın mədəniyyət paytaxtı adlandırılan Şuşa şəhərinə səfər etdik. Səfəri bölgə ölkələri üçün sülh, sabitlik və firavanlıq fürsəti olaraq qiymətləndirdik və gələcək əməkdaşlığımızın qarantı olan Şuşa Bəyannaməsini imzaladıq”.

Manşet.az  “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti əlavə edib ki, iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirəcək.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin