Çavuşoğlu "Türk evi"nə hücumu PİSLƏDİ

20:12 - 22 May 2023

Çavuşoğlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı “Türk Evi”nə hücuma münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, özünün “Twitter“ hesabında yazıb.

O, hücumu pisləyib və ABŞ-dan hücumun səbəbkarlarını tez bir zamanda müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərin lazımi mühafizə ilə təmin edilməsini gözlədiyini qeyd edib.

Qeyd edək ki, Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turu üçün səs verən zaman naməlum şəxslər "Türk evi"nə hücum edib. Hadisə zamanı binanın ön şüşələri sındırılıb. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Xatırladaq ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi” 2021-ci il sentyabrın 20-də açılıb. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Antoniu Quterreş və BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn dövlət və hökumət nümayəndələri iştirak edib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin