Bakı-Sumqayıt yolunda AĞIR QƏZA - ölən və yaralananlar var (FOTOLAR)

08:20 - 26 İyun 2021

Bakı-Sumqayıt yolunda AĞIR QƏZA - ölən və yaralananlar var  (FOTOLAR)

Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən ağır qəza baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şossesinin Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Sumqayıt istiqamətindən şəhər istiqamətinə hərəkətdə olan Qulu Ağayev idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirərək yol ayrıcındakı beton piltəyə çırpılıb. Beton parçası isə əks istiqamətdə, 1991-ci il təvəllüdlü Baxşıyev Nicat Nazim oğluna məxsus “Hyundai” markalı avtomobilin ön şüşəsinə dəyib. Zərbənin gücündən beton parçası şüşəni yararaq avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Məmmədov Tofiq İlham oğlunun baş nahiyyəsinə xəsarət yetirib. Sərnişin hadisə anında dünyasını dəyişib.

Hadisəyə səbəb olan Q.Ağayev və N.Baxşıyev ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hazırda şossenin hər iki istiqamətində tıxac yaranıb.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin