Fəxrəddin Qocadan Azərbaycanda qəzaya düşən Binəli Yıldırımla bağlı AÇIQLAMA

22:15 - 20 Oktyabr 2022

Fəxrəddin Qocadan Azərbaycanda qəzaya düşən Binəli Yıldırımla bağlı AÇIQLAMA

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Qarabağda yol qəzasına düşən AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırımın vəziyyəti ilə bağlı açıqlama verib.

 

Manset.az xəbər verir ki, nazir bu barədə özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

"Azərbaycanda səfərdə olan cənab Binəli Yıldırım, mühafizəsi və millət vəkili dostumuz Şamil Ayrımın da içərisində olduğu avtomobil qəzaya düşüb. Mən onunla danışdım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır, qəzadan yüngül zədə ilə xilas olublar. Yenə də ən xoş arzularımı bildirirəm", - deyə F.Qoca bildirib.

 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin