“Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” - Türkiyənin müdafiə naziri

17:10 - 21 Oktyabr 2022

“Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” - Türkiyənin müdafiə naziri

“Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək”.

 

Manset.az xəbər verir ki, bu sözləri Report-a Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur” - deyə o bildirib.

H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu şəkildə davam edir:

“Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.

Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın müdafiəsidir:

“Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordunun donanması üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi, bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin