Bundan sonra ermənilər Qarabağa gizli gələ bilməyəcəklər

21:07 - 23 Aprel 2023

Bundan sonra ermənilər Qarabağa gizli gələ bilməyəcəklər

"Bu gündən nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedilə bilən yeganə yolun üzərindədir. Bu yolun nəinki alternativi, heç ona alternativ piyada üçün cığır da yoxdur. Hər yer şanlı ordumuzun tam nəzarəti altındadır".

 

Manset.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. 

O bildirib ki, bu körpü Laçın-Xankəndi yolunda deyil, Laçın şəhərindən təxminən 10 km (hava xətti ilə) cənubda yeni tikilən yoldadır:

"Bəziləri ekoaktivistlərin Şuşa yaxınlığında aksiya keçirdiyi yolu bu körpü ilə qarışdırırlar. Ekoaktivistlərin olduğu yola Şuşa rayonu ərazisində alternativ yollar və cığırlar var. Amma həmin yol və cığırlar Laçın rayonu ərazisinə çatanda, bax bu körpünun Şuşa tərəfində təxminən 7-8 km məsafədə birləşir, Qərbi Zəngəzura yeganə mümkün keçid bu körpüdür".

Ekspertin sözlərinə görə, körpü yaxınlığında NBM olması o deməkdir ki, bundan sonra heç bir erməni və ya başqa şəxs, heç bir nəqliyyat vasitəsi nəzarətdənkənar Qarabağa gələ və ya oradan gedə bilməz:

"Bu NBM yəqin ki, Naxçıvana Zəngəzur dəhlizi açılması işinə də ciddi təkan verəcək... Hər bir halda çox uğurlu bir addımdır".

Qeyd edək ki, bu gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Rəsmi məlumata görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin