İlham Əliyev və xanımı Litvanın keçmiş Prezidentinə başsağlığı verdilər

14:01 - 21 May 2023

İlham Əliyev və xanımı Litvanın keçmiş Prezidentinə başsağlığı verdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

 

Manset.az xəbər verir ki, məktubda deyilir.

"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin