İlham Əliyev agentliklə bağlı FƏRMAN imzaladı
21 May 2024
16:12 - 17 Aprel 2024
Moskva Yaxın Şərqdə artan gərginliklə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bu gün verdiyi açıqlamada jurnalistlərin İran-İsrail münaqişəsi ilə bağlı suallarını cavablandırıb.
"Biz dialoq qururuq, gərginliyin azaldılmasının vacibliyini vurğulayırıq", - Peskov bildirib.
İranın İsrailə zərbə endirməzdən əvvəl Rusiyanı xəbərdar edib-etməməsi ilə bağlı suala Peskov “Bu barədə deyəcək heç nəyim yoxdur” cavabını verib.
İranla yaxın təmasda olduqlarını bildirən Peskov Rusiyanın İsraillə də konstruktiv təmasları olduğunu ifadə edərək, “Rusiya həm İrana, həm də İsrailə çağırış edərək, gərginliyin azaldılması lazım olduğunu vurğuladı” deyib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya Yaxın Şərqdə sıx təmaslarını davam etdirir
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin