Bakı metrosunun keçmiş rəisi vəfat etdi - FOTO

16:30 - 15 Dekabr 2023

Bakı metrosunun keçmiş rəisi vəfat etdi - FOTO

"Bakı Metropoliteni" QSC-nin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

O, 1945-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsini "Qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi" ixtisası üzrə bitirib.

C.Yusifov Bakı metrosunda 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb, sonra tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olub, 1993-cü ilin noyabrında Nazirlər Kabinetinin Qərarı ilə metronun rəisi təyin edilib, 1997-ci ilə qədər bu vəzifədə çalışıb, sonrakı illərdə əmək fəaliyyətini metroda müxtəlif vəzifələrdə davam etdirib.

C.Yusifov 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb, metroda göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.

Allah rəhmət eləsin!


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin